Bağdadda bomba yüklü avtomobil partladılıb, ölən və yaralananlar var

Bağdadda bomba yüklü avtomobil partladılıb, ölən və yaralananlar var İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb
Digər ölkələr
14 Fevral , 2017 13:18
Bağdadda bomba yüklü avtomobil partladılıb, ölən və yaralananlar var

Bakı. 14 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın qərbində güclü partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, terror aktı nəticəsində ölən və yaralananlar var, hazırda onların sayı dəqiqləşdirilir.

İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Əldə olan məlumata görə, Bağdadın qərbində yerləşən sənaye rayonlarından birində bomba yüklü avtomobil partladılıb.

Son xəbərlər

Orphus sistemi