Bağdadda baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb

Bağdadda baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb Hadisə zamanı 30 nəfər yaralanıb
Digər ölkələr
12 İyul , 2016 12:23
Bağdadda baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb

Bakı. 12 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda içərisində partlayıcı qurğu olan avtomobil partladılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, terror hücumu nəticəsində azı 9 nəfər həlak olub. Hadisə zamanı 30 nəfər yaralanıb.

Partlayış Rəşidiyyə bölgəsində yerləşən ərzaq bazarında meydana gəlib.

Hələlik terror hücumuna görə, məsuliyyəti heç kim üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi