Bağdadda xəstəxanada yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatdı - YENİLƏNİB-2

Bağdadda xəstəxanada yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatdı - YENİLƏNİB-2 İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 55 nəfər ola bilər
Digər ölkələr
25 Aprel , 2021 20:03
Bağdadda xəstəxanada yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatdı - YENİLƏNİB-2
0 : 00
0 : 00

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı artıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Al Arabiya” telekanalı mənbəyə istinadən xəbər verir.

"İbn əl-Xətib" xəstəxanasında yanğın qurbanlarının sayı 90 nəfərə çatıb", - telekanal bildirib.

Daha əvvəl İraqın Daxili İşlər Nazirliyi bildirib ki, hadisə zamanı 82 nəfər həlak olub, daha 110 nəfər xəsarət alıb.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, xəstəxananın reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.

13:42

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 82 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli INA agentliyi İraqın Daxili İşlər Nazirliyinə istinadən bildirib. Hadisə zamanı daha 110 nəfər xəsarət alıb.

Daha əvvəl ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyasının nümayəndəsi Əl əl-Bayati hadisə zamanı 58 nəfərin həlak olduğunu bildirib.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.

12:01

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 58 nəfərə çata bilər.

“Report” xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı bildirib.

Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 45 nəfər faciənin qurbanı olub. Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi