Bağdadda baş verən partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb

Bağdadda baş verən partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb Terrorçu-kamikadze Bağdadın şimalındakı əş-Şula rayonunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında özünü partladıb
Digər ölkələr
27 İyul , 2016 11:52
Bağdadda baş verən partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinasən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyindəki mənbə terrorçu-kamikadzenin əş-Şula rayonunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında özünü partlatdığını bildirib.

Polisin ilkin hesablamasına görə, terror qurbanları arasında hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da var. Qeyd edilib ki, ölənlərin sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi