İraqda aksiyalarda 1 nəfər öldürülüb, 70 nəfər xəsarət alıb

İraqda aksiyalarda 1 nəfər öldürülüb, 70 nəfər xəsarət alıb İraqın paytaxtı Bağdadda bu gün keçirilən etiraz aksiyalarında azı 1 nəfər öldürülüb, təxminən 70 nəfər xəsarət alıb.
Digər ölkələr
30 oktyabr 2019 19:46
İraqda aksiyalarda 1 nəfər öldürülüb, 70 nəfər xəsarət alıb

İraqın paytaxtı Bağdadda bu gün keçirilən etiraz aksiyalarında azı 1 nəfər öldürülüb, təxminən 70 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı bildirib.

Məlumata görə, "Təhrir" meydanında etiraz aksiyalarının iştirakçıları paytaxtın ciddi şəkildə qorunan ərazisinə, səfirliklərin və hökumət müəssisələri yerləşdiyi "yaşıl zona"ya aparan körpülərdən birində polis kordonunu yarmağa çalışıblar. Asayiş keşikçiləri gözyaşardıcı qazla aksiyaçıları geri çəkilməyə məcbur edib.

Oktyabrın 1-də İraqda dövlət əleyhinə bir sıra çıxışlar başlanıb. Bağdad sakinləri hökumətin istefasını tələb ediblər. Lakin dinc aksiyaların iştirakçıları ilə polis əməkdaşları və hərbi qulluqçular arasında qarşıdurmalar baş verib.

Rəsmi məlumatlarına görə, etiraz aksiyalarında 157 nəfər həlak olub. Onlardan 149-u dinc sakinlər, 8-i isə təhlükəsizlik orqanlarının əməkdaşlarıdır. Etirazların gedişatında 3,5 min nəfər zərər çəkib.

Son xəbərlər

Orphus sistemi