İraqın paytaxtı Bağdadın “Yaşıl zona” adlandırılan ərazisi raket atəşinə məruz qalıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə
Məlumata görə, diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin olduğu ərazidə iki raket partlayıb. Ərazidə eyni vaxtda həyəcan siqnalları da işə düşüb.
İlkin məlumata görə, raketlər Bağdadın şərq hissəsindən atılıb.
Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.