Bağdad yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Bağdad yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb
Digər ölkələr
26 Mart , 2016 18:51
Bağdad yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Bakı. 26 mart. REPORT.AZ/ Bağdad yaxınlığındakı stadionda törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Bu barədə İranın Press-TV kanalı məlumat yayıb.

"Report" TASS informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze üzərindəki partlayıcını futbol oyununun qalibinin mükafatlandırılması mərasimində işə salıb.

Terror aktının qurbanları arasında kənd administrasiyası başçısının və şiə könüllərinin komandirinin də olduğu bildirilir. Partlayış nəticəsində 65 nəfər xəsarət alıb.

Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi