"Uelsdə alyansın hərbi hazırlığının təmin olunma planının qəbul edilməsi nəticəsində NATO kontingentinin şərqdə iştirakı daha əhəmiyətli olacaq, bununla yanaşı alyans tez-tez müntəzəm təlimlər keçirəcək. Bu, Rusiyanın hərəkətlərini qabaqcadan müəyyən etmək məqsədilə edilir və bu addım tamamilə doğrudur. Lakin bu tədbirlər sırf müdafiə xarakteri daşıyır və qətiyyən Rusiyaya qarşı yönəlməyib. Bu addımlar Rusiya-NATO əsas aktına müvafiq olaraq atılır" - deyə, Verşbou Uelsdə keçirilən alyans sammitinin nəticələrinə həsr olunmuş video-körpü zamanı bildirib.
NATO-nun üzv ölkələri Uelsdə keçirilən sammitdə alyansın kollektiv müdafiəsi üzrə plan qəbul ediblər və yaradılmış çevik hərəkət qüvvələrin parametrləri barədə razılığa gəliblər. Şərqi Avropada çevik hərəkət qüvvələrin bölmələri bir neçə min hərbçidən ibarət olacaq.