"AZOV" nümayəndəsi: "Azərbaycanlı sahibkarlarla yaranmış qarşıdurma etnik xarakter daşımır"

"AZOV" nümayəndəsi: "Azərbaycanlı sahibkarlarla yaranmış qarşıdurma etnik xarakter daşımır" Aleksandr Alfyorov: "Bu məsələdə heç bir etnik tərkib yoxdur"
Digər ölkələr
22 Dekabr , 2016 05:35
AZOV nümayəndəsi: Azərbaycanlı sahibkarlarla yaranmış qarşıdurma etnik xarakter daşımır

Kiyev. 22 dekabr. REPORT.AZ/ "AZOV" alayının mülki korpusu ilə Xarkovda fəaliyyət göstərən azərbaycanlı sahibkarlar arasında baş vermiş qarşıdurma etnik xarakter daşımır".

Bunu "Report"un Ukrayna bürosuna "AZOV"un səlahiyyətli nümayəndəsi Aleksandr Alfyorov deyib.

Qeyd edək ki, daha əvvəl verilən məluamata görə, dekabrın 15-də Xarkovda "AZOV" alayının mülki korpusu beş azərbaycanlı iş adamına məxsus satış məntəqəsindən əmlak (yeni il üçün küknar ağacı) müsadirə edib. Sahibkarlar milli mənsubiyyətlərinə görə, təhqir olunduqlarını və yalnız onların satış obyektindən əmlak müsadirə edildiyini bildirib.

"AZOV"un səlahiyyətli nümayəndəsi isə qeyd edib ki, mülki korpusunun hərbçiləri başqa ərazidə olduğundan həmin şəxslər hərbçilər yox, mülki korpusun nümayəndələri olub.

"Sahibkarların əmlakının müsadirəsi onların azərbaycanlı olmalarına görə baş verməyib. Onların satdıqları küknar ağacları qanunsuz şəkildə kəsilmiş halda və lazımi nişansız olub. Oxşar reydlər bütün şəhər ərazisində aparılıb. Müsadirə edilən malları hadisə yerinin yaxınlığında olan xarkovlulara paylamışıq. Milad və Yeni il bayramları zamanı ağacların qanunsuz kəsilməsi ilə mübarizə çərçivəsində bu cür tədbirləri ilk dəfə deyil həyata keçiririk", - deyə Aleksandr Alfyorov deyib.

O, bildirib ki, bu məsələdə heç bir etnik tərkib yoxdur. 

Son xəbərlər

Orphus sistemi