Bakı. 19 fevral. REPORT.AZ/ Moldova parlamenti iş adamı Kirill Qaburiçi ölkənin baş naziri postuna təsdiq edib.
"Report" xəbər verir ki, o səsvermədən öncə Avropaya inteqrasiya və Avropa İttifaqı ilə imzalanan sazişlərin həyata keçirilməsinin hökumətin əsas prioritetləri olacağını bildirib.
Kirill Qaburiçin baş nazir postuna namizədliyi Liberal Demokrat Partiyası (LDP) tərəfindən təklif edilib. Onun namizədliyini müxalifətdən olan Kommunistlər Partiyası da dəstəkləyib.
Yeni namizədin 38 yaşı var. O, 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycanda "Azercell" şirkətinin direktoru vəzifəsində çalışıb.