Yuxarı
    Bağlamaq

    Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

    Görüşdə iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb

    Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullah ilə görüşüb.

    Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, vaxtaşırı keçirilən sərgilərdə və təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

    Görüşdə həmçinin, hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul edilən qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.

    M.Zakaullah ölkələr arasında əlaqələrin, o cümlədən Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini qeyd edib. 

    Azərbaycana səfərini xatırladan Muhammad Zakaullah ölkəmizin inkişafının, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi