Azərbaycanın 6 idmançısı Triatlon üzrə Avropa Kubokunda yarışır

Azərbaycanın 6 idmançısı Triatlon üzrə Avropa Kubokunda yarışır Avropa Kuboku yarışları İspaniyanın Melilya şəhərində başlayıb
Digər ölkələr
19 Aprel , 2015 21:01
Azərbaycanın 6 idmançısı Triatlon üzrə Avropa Kubokunda yarışır

Bakı. 19 aprel. REPORT.AZ/ İspaniyanın Melilya şəhərində bu gün Triatlon üzrə Avropa Kuboku yarışları başlayıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, rekord sayda idmançının qatıldığı mötəbər yarışda 26 ölkədən gənc idmançılar iştirak edir. İspaniya, İtaliya, Almaniya, Hollandiya, Böyük Britaniya və digər ölkələrlə bərabər, yarışda Azərbaycan da 6 idmançı ilə təmsil olunur.

Yarışlara ən çox iştirakçı - 72 idmançı ilə İspaniya komandası qatılıb.

Son xəbərlər

Orphus sistemi