Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 35% artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 35% artıb Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi neft və neft məhsullarının ümumi həcmi 25 161,5 ton təşkil edib
Energetika
19 Mart , 2019 12:19
Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 35% artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 13 mln. 323,2 min dollar dəyərində neft və neft məhsulları idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi neft və neft məhsullarının ümumi həcmi 25 161,5 ton təşkil edib ki, bu da illik müqayisədə 6 601,5 ton və ya 35,5% çoxdur.

Ötən ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 10 mln. 728,6 min dollar olan 18 560 ton neft və neft məhsulları idxal edib.  

Son xəbərlər

Orphus sistemi