Yuxarı

Azərbaycanda qanunsuz transplantasiya əməliyyatlarının aparılmasında şübhəli bilinən 7 israilli barəsində cinayət işi açılıb

İsrail vətəndaşları Azərbaycan, Şri-Lanka, Türkiyə və Kosovoda qanunsuz transplantasiyaların təşkilində şübhəli bilinir

Bakı. 14 may. REPORT.AZ/ 7 nəfər İsrail vətəndaşı barəsində qanunsuz transplantasiya əməliyyatlarının aparılması və insan orqanlarının ticarəti ilə bağlı cinayət işi açılıb. "Report" İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Ədliyyə Nazirliyi məlumat yayıb. 

Şübhəli şəxslər Azərbaycan, Şri-Lanka, Türkiyə və Kosovoda israilli pasiyentlər üçün yerli donorların cəlb olunması yolu ilə qanunsuz əməliyyatların təşkilində və icrasında ittiham olunurlar. 

Təqsirləndirilən şəxslər arasında 2003-cü ilə qədər Tel-Əviv yaxınlığındakı Beylinson xəstəxanasına rəhbərlik edən Zaki Şapiro da var. İttihamın rəyinə görə, o, öz nüfuzu sayəsində bu prosesi qura bilib. Şübhəlilərdən biri də, həmçinin 2013-cü ildə Priştin xəstəxanasında qanunsuz transplantasiya əməliyyatları ilə bağlı məhkəmə prosesində adı hallanan Moşe Hareldir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi