Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - YENİLƏNİB Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, iqtisadi əlaqələrin inkişafı, energetika məsələləri müzakirə olunub
Digər ölkələr
25 Fevral , 2015 13:45
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər - YENİLƏNİB

İlk xəbər saat 13:45-də dərc olunub.

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. "Report" xəbər verir ki, görüşün yekunlarına görə Azərbaycan XİN rəhbəri jurnalistlərə bildirib ki, tərəflər təkbətək və geniş tərkibdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair cari durumu, regiondakı vəziyyəti və enerji əməkdaşlığı məsələlərini müzakirə ediblər.

"İqtisadi baxımdan bir sıra layihələri həyata keçiririk, məsələn Bakı-Tbilisi-Qars" layihəsi. Bu il həmin layihə istismara veriləcək və düşünürəm ki, bu iştirakçı ölkələrə fayda gətirəcək böyük strateji layihədir", - M.Məmmədyarov bildirib. 

Türkiyə XİN rəhbəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını, qardaş Azərbaycan xalqı ilə möhkəm əməkdaşlığın mövcud olduğunu qeyd edib. 

O vurğulayıb ki, Azərbaycan və Türkiyə əməkdaşlığını davam etdirməyə və birgə layihələri həyata keçirməyə hazırdır. Çavuşoğlu xatırladıb ki, bu il Bakı-Tbilisi-Qars layihəsinin açılışı olacaq. O, TANAP enerji layihəsinin vacib əhəmiyyətini də vurğulayıb. 

M.Çavuşoğlu qeyd edib ki, onun Bakıya rəsmi səfəri matəm günü - Xocalı faciəsinin ildönümü ilə üst-üstə düşüb. Türkiyəli qonaq, Azərbaycan xalqına və öz yaxınlarını bu faciə nəticəsində itirənlərə başsağlığı verib: "Biz Azərbaycan xalqının dərdinə şərikik", - Çavuşoğlu bildirib. 

Türkiyə XİN rəhbəri bildirib ki, Ankara Azərbaycanın Xocalı soyqırımını bütün dünyada qəbul olunması ilə bağlı bütün səylərini dəstəkləyir: "Biz Xocalı soyqırımının tanınması ilə bağlı bütün səyləri dəstəkləyirik. Həmin məsələ üzrə fəal iş görülür. Dünya Ermənistanın Azərbaycanın işğal olunan ərazilərində nələr törətdiyini görməlidir". M.Çavuşoğlu qeyd edib ki, fevralın 26-da Azərbaycan prezidenti ilə birgə Xocalı faciəsinin qurbanlarına həsr olunan abidəni ziyarət edəcək.

Azərbaycanın bu il Antalyada keçiriləcək G20 Sammitinə dəvət olunması haqqında məsələni şərh edən Çavuşoğlu bildirib ki, Antalyada belə tədbirin keçirilməsi Türkiyə üçün çox vacibdir: "Sammitdə iqtisadi məsələlər və yoxsulluq həddinin yuxarı olduğu ölkələrin inkişafı problemləri müzakirə olunacaq. Texniki hazırlıq işləri davam edir. Biz Azərbaycanı da bu tədbirə dəvət etmişik. Azərbaycanın G20 Sammitində iştirakı Türkiyəyə dəstək olacaq". 

Son xəbərlər

Orphus sistemi