Azərbaycan rəssamlarının əl işləri Parisin tanınmış qalereyasında sərgilənib - FOTO

Azərbaycan rəssamlarının əl işləri Parisin tanınmış qalereyasında sərgilənib - FOTO Parisdə Beauté Du Matin Calme rəsm qalereyasında Əsmər Art və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə azərbaycanlı rəssamlar Sahib Əsədlinin və Əli Seyranın əl işləri sərgilənib.
Digər ölkələr
3 Aprel , 2019 04:15
Azərbaycan rəssamlarının əl işləri Parisin tanınmış qalereyasında sərgilənib - FOTO

Parisdə "Beauté Du Matin Calme" rəsm qalereyasında Əsmər Art və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə azərbaycanlı rəssamlar Sahib Əsədlinin və Əli Seyranın əl işləri sərgilənib.

Qalereyanın rəhbəri Myeong-Hee Kim "Report"un Qərbi Avropa bürosuna bildirib ki, üçüncü dəfədir ki, azərbaycanlı rəssamlarının əsərləri bu qalereraya sərgilənir. O bildirib ki, əsasən fiqurativ rəsm əsərləri işləyən azərbaycanlı rəssamlar yüksək texniki vərdişlərə malikdirlər. Myeong-Hee Kim vurğulayıb ki, azərbaycanlı rəssamlar öz peşəkarlıqları ilə çox tələbkar olan parisli rəsm həvəskarlarında böyük maraq oyada biliblər. Qalereya rəhbəri onu da bildirib ki, sərgilər azərbaycanlı sənətkarlarla yanaşı, onların füsunkar əsərləri vasitəsilə Azərbaycanı da Fransanın paytaxtında yaxından tanıtdırır.

Sərgi aprelin 2-dən 8-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi