Yuxarı

​"Azadlıq donanması"nın ilk gəmisi Qəzza istiqamətində yola düşüb

İsveç trauleri Qəzzanın dənizdən mühasirəsini yarmaq niyyətindədir

Bakı. 11 may. REPORT.AZ/ Ötən gün İsveçin "Marianna" trauleri Höteburq limanından yola çıxıb və Aralıq dənizinə doğru istiqamət alıb.

"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, "Marianna" üçüncü "Azadlıq donanması"na daxil olan birinci gəmidir və məqsədi Qəzzanın İsrail və Misir tərəfindən dənizdən mühasirəsini yarmaqdır.

Trauler yolboyu müxtəlif limanlara giriş edərək göyərtəsinə fəalları və humanitar yardımları qəbul edəcək. Donanma təşkilatçılarının bildirdiklərinə görə, "Marianna"nın daxil olacağı ilk limanlar Helsinki, Malmö və Kopenhagen olacaq.

Gəminin göyərtəsində İsveçin Qəzza ilə Həmrəylik Komitəsinin rəhbəri Mikael Karlson, professor-pediatr Henri Aşer, sənədli filmlər rejissoru Herman Berqren və donanmanın mətbuat katibi Dror Feyler də var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi