Ayın səthində olan sonuncu insan dünyasını dəyişib

Ayın səthində olan sonuncu insan dünyasını dəyişib Yucin Sernan üç dəfə kosmosa uçub
Digər ölkələr
17 Yanvar , 2017 01:34
Ayın səthində olan sonuncu insan dünyasını dəyişib

Bakı. 17 yanvar. REPORT.AZ/ Ayın səthində olan (14 dekabr 1972-ci il) sonuncu insan – amerikalı astronavt Yucin Sernan dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Sernan üç dəfə kosmosa uçub, "Gemini 9A"nın ikinci pilotu (1966-cı il iyun), "Apollo 10"un pilotu (1969-cu il may) və "Apollo 17"nin (1972-ci il dekabr) komandiri olub.

Son xəbərlər

Orphus sistemi