Avtomobili insanların üzərinə sürdü, xeyli sayda yaralı var

Avtomobili insanların üzərinə sürdü, xeyli sayda yaralı var Fransanın şərqindəki Sona və Luara departamentinin Venzel kommunasında barın yanında duran kütlənin üzərinə avtomobil sürülüb.
Digər ölkələr
1 Avqust , 2020 13:18
Avtomobili insanların üzərinə sürdü, xeyli sayda yaralı var

Fransanın şərqindəki Sona və Luara departamentinin Venzel kommunasında barın yanında duran kütlənin üzərinə avtomobil sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Sükan arxasındakı sürücü sərxoş olub. Hadisədən sonra polis onu saxlayıb.

Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər, xilasedici və polis əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi