Avstriyanın yeni kansleri and içib

Avstriyanın yeni kansleri and içib Avstriyanın yeni kansleri Karl Nexammer and içib
Digər ölkələr
6 Dekabr , 2021 16:42
Avstriyanın yeni kansleri and içib
Karl Nexammer

Avstriya Xalq Partiyasının lideri Karl Nexammer ölkənin yeni kansleri kimi and içib.

“Report” xarici KİV-ə istinadən xəbər veriri ki, andiçmə mərasimi Prezident dəftərxanasında keçirilib.

Mərasimdə ölkə Prezidenti Aleksander Van der Bellen də iştirak edib.

Qeyd edək ki, 2017-ci ildən partiyanın sədri və Avstriyanın kansleri olan Sebastyan Kurts oktyabrın əvvəlində istefa verib. Oktyabrın 11-də Avstriyanın keçmiş xarici işlər naziri Aleksander Şallenberq ölkənin yeni kansleri olaraq and içmişdi.

Dekabrın 3-də isə K.Nexammer Avstriya Xalq Partiyasının lideri və kansler postuna vahid namizəd olaraq seçilmişdi.

Son xəbərlər

Orphus sistemi