Bakı. 4 dekabr. REPORT.AZ/ Avstriyanın sağ təmayüllü Avstriya Azadlıq Partiyasının prezidentliyə namizədi Norbert Xofer bu gün keçirilmiş prezident seçkilərində məğlub olduğunu etiraf edib.
"Report" xəbər verir ki, bu haqda namizədin "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.
"Əziz dostlar, verdiyiniz dəstək üçün sizə təşəkkür edirəm. Mən bizim qələbə qazanmamağımızdan hədsiz məyusam. Aleksander Van der Belleni qələbə münasibətilə təbrik edirəm və bütün avstriyalıları birləşməyə, əməkdaşlıq etməyə çağırıram. Yaşasın vətənimiz Avstriya", – deyə namizədin bəyanatında deyilir.