Avstriyanın Əmək naziri plagiat dissertasiya ittihamına görə istefaya getdi

Avstriyanın Əmək naziri plagiat dissertasiya ittihamına görə istefaya getdi Avstriyanın Əmək, ailələr və gənclər naziri Kristine Aşbaxer dissertasiyasının plagiatlığı ittihamları fonunda vəzifəsindən istefa verib.
Digər ölkələr
513
10 Yanvar , 2021 07:47
Avstriyanın Əmək naziri plagiat dissertasiya ittihamına görə istefaya getdi
Kristine Aşbaxer

Avstriyanın Əmək, ailələr və gənclər naziri Kristine Aşbaxer vəzifəsindən istefa verib.

“Report”un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinə istinadən TASS bildirib.

Qeyd edilir ki, buna səbəb ona qarşı irəli sürülən plagiat dissertasiya ittihamlarıdır.

"Ailəm və mən görürük ki, KİV, siyasi opponentlər mənə ədalətli yoxlama prosesi aparmağa imkan vermir və məni tələsik ağlasığmaz surətdə ittiham edirlər. Bu səbəbdən vəzifəmdən istefa verirəm", - Aşbaxer bildirib.

Aşbaxer barəsində plagiatlıq ittihamlarını müstəqil ekspert irəli sürüb. O iddia edir ki, Aşbaxerin dissertasiya işinin xüsusi hissələri konkret istinadlar olmadan köçürülüb.

Son xəbərlər

Orphus sistemi