Bakı. 28 iyun. REPORT.AZ/ "Yunanıstanın avrozonadan çıxması qaçılmazdır".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Avstriyanın maliyyə naziri Hans Şellinq bildirib.
Onun fikrincə, hadisələrin inkişafı Yunanıstan kimi avrozonada olan başqa dövlətlərə o qədər də pis təsir etmir: "Məlum məsələdir, bir ölkə Avropa Komissiyası və Avropa dövlətlərinin hamısını şantaj edə bilməz".
Qeyd edək ki, Yunanıstanın baş naziri Aleksis Sipras iyulun 5-də xarici borcların ödənişi ilə əlaqədar ölkəsində referendumun keçiriləcəyini bildirib. Artıq Yunanıstan parlamenti bununla bağlı qərar qəbul edib.