Avstriyada yük maşının qoşqusunda bağlı qalan 42 miqrant xilas edilib

Avstriyada yük maşının qoşqusunda bağlı qalan 42 miqrant xilas edilib Onları Avropaya gətirən iki İraq vətəndaşı həbs olunub
Digər ölkələr
13 Sentyabr , 2015 18:22
Avstriyada yük maşının qoşqusunda bağlı qalan 42 miqrant xilas edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Avstriyada onlarla miqrantın olduğu yük maşını aşkarlanıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, həmin avtomobillə suriyalı mühacirlər ölkəyə gətirilib.

Məlumata görə, aralarında beş qadın və səkkiz uşaq olan mühacirlər Avstriya ilə Macarıstanı birləşdirən avtomobil yolunda aşkarlanıblar.

Onları qanunsuz olaraq Avropaya gətirən iki İraq vətəndaşı həbs olunub.

Xatırladaq ki, avqustun sonunda Avstriya ərazisində 50-ə yaxın qeyri-qanuni miqrantların meyiti olan yük maşını tapılmışdı.

Son xəbərlər

Orphus sistemi