Bakı. 27 avqust. REPORT.AZ/ Avstriyada qoşqusunda 50-dən çox qanunsuz miqrantın meyiti olan yük maşını aşkarlanıb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Xəbərə görə, həmin avtomobillə mühacirlər qanunsuz olaraq ölkəyə gətirilirmiş.
Məlumata əsasən, onlarla mühacir avtomobilin qoşqusunda boğulub. Onlar Avstriya ilə Macarıstanı birləşdirən avtomobil yolunda aşkarlanıblar.
Avstriya polisi bildirib ki, hadisə Noyzidl və Parndorf yaşayış məntəqələri arasındakı magistral yolda baş verib. Hüquq-mühafizə orqanları onlarla meyitdən söhbət getdiyini vurğulayıb.