​Avstriyada yaxın saatlarda 1,5 minə qədər qaçqın gözlənilir

​Avstriyada yaxın saatlarda 1,5 minə qədər qaçqın gözlənilir "Bizdə onlar üçün çarpayı və mənzil, yemək və isti içkilər olacaq"
Digər ölkələr
5 Sentyabr , 2015 08:46
​Avstriyada yaxın saatlarda 1,5 minə qədər qaçqın gözlənilir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avstriyadakı nümayəndəliyi yaxın saatlarda 1,5 minədək miqrantı qəbul etməyə hazır olduqlarını bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın nümayəndəsi Tomas Horvat Macarıstanla sərhəddə bildirib.

"Bizə məmurlardan göstəriş verilib ki, 800-dən 1,5 min nəfərədək adam gözləyə bilərik", — deyə Tomas Horvat qeyd edib.

"Bizdə onlar üçün çarpayı və mənzil var, yemək və isti içkilər artıq hazırdır. Həmçinin burada lazım olarsa tibbi yardım da almaq mümkün olacaq", — deyə Xorvat bildirib.

Avstriya və Almaniya miqrantları Macarıstandan qəbul etmək barədə razılıq əldə edib.

Son xəbərlər

Orphus sistemi