​Avstriyada təkrar prezident seçkilərinin tarixi açıqlanıb

​Avstriyada təkrar prezident seçkilərinin tarixi açıqlanıb Konstitusiya Məhkəməsi prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğvi barədə qərar qəbul edib
Digər ölkələr
5 İyul , 2016 13:30
​Avstriyada təkrar prezident seçkilərinin tarixi açıqlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Avstriyada prezident seçkilərinin ikinci turu oktyabrın 2-də keçiriləcək.

"Report" "Assosiacted Press"ə istinadən xəbər verir ki, bunu Avstriya kansleri hökumətin iclasından sonra bildirib.

"Biz səsvermə tarixini oktyabrın 2-nə təyin etdik", - deyə o vurğulayıb.

Qeyd edək ki, iyulun 1-də Avstriyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Xatırladaq ki, bu il mayın 22-də keçirilən seçkinin nəticələrinə əsasən, Yaşıllar Partiyasının keçmiş lideri Aleksander Van der Bellen 50,3 faiz səslə qalib gəlib. Onun rəqibi ultrasağçı Norbert Hoffer 49,7 faiz səs toplayıb.

Məhkəmə bildirib ki, səsvermə zamanı çoxsaylı qanun pozuntuları qeydə alınıb. Xəbərə əsasən, 82 halda səsvermənin nəticələri vaxtından əvvəl sayılıb. Azadlıq Partiyası seçki zamanı baş verən qanun pozuntusu ilə bağlı təqdim etdiyi 150 səhifəlik şikayətə baxılmasını istəyib.

Qeyd edək ki, hazırkı dövlət başçısı Haynts Fişerin səlahiyyət müddəti bu il iyulun 8-də başa çatır. Həmin gün Aleksander Van der Bellen prezident kimi and içməli idi. 

Son xəbərlər

Orphus sistemi