Avstriyada qazpaylayıcı mərkəzdə baş verən partlayış nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb - VİDEO - YENİLƏNİB-2

Avstriyada qazpaylayıcı mərkəzdə baş verən partlayış nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb - VİDEO - YENİLƏNİB-2 Hüquq-mühafizə orqanları yollarda hərəkəti dayandırıb
Digər ölkələr
12 Dekabr , 2017 13:40
Avstriyada qazpaylayıcı mərkəzdə baş verən partlayış nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb - VİDEO - YENİLƏNİB-2

Bakı. 12 dekabr. REPORT.AZ / Bu gün səhər Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı stansiyada baş verən güclü partlayış nəticəsində bir nəfər ölüb. 

Bu barədə "Report" "Kronen Zeitung" qəzetinə istinadən xəbər verir.

Hadisə yerinə yanğın-xilasetmə xidməti və təcili yardım maşınları cəlb edilib.

Polisdən bildirilib ki, partlayış Avstriyanın OMV neft-qaz şirkətinə məxsus qaz terminalında baş verib.

"Bloomberg"in məlumatına görə, OMV şirkəti standart təhlükəsizlik texnikası qaydalarına uyğun olaraq, partlayışla əlaqədar terminalı bağlayacaq.

Bütün zərərçəkənlər yanıq xəsarətləri ilə Vyana xəstəxanalarına çatdırılır. Hüquq-mühafizə orqanları yollarda hərəkəti dayandırıb.

***13:04

Avstriyanın Baumqarten şəhərində qaz kəmərində partlayış baş verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli polisin məlumatına görə, partlayış nəticəsində, təqribən, 60 nəfər xəsarət alıb.

***

"Partlayış yerli vaxtla saat 8:45-də baş verib, daha sonra yanğın başlayıb. Hazırda vəziyyət nəzarət altındadır, lakin ilkin məlumata görə bir neçə yaralı var", - polisin nümayəndəsi Edmund Traqşits bildirib.

Baumqarten terminalı Avstriyanın əsas qaz paylayıcı mərkəzidir.

Partlayışın səbəbləri hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi