​Avstriyada prezident seçkilərinin ikinci turu yenidən keçiriləcək

​Avstriyada prezident seçkilərinin ikinci turu yenidən keçiriləcək Azadlıq Partiyası seçki zamanı baş verən qanun pozuntusu ilə bağlı təqdim etdiyi 150 səhifəlik şikayətə baxılmasını istəyib
Digər ölkələr
1 İyul , 2016 15:07
​Avstriyada prezident seçkilərinin ikinci turu yenidən keçiriləcək

Bakı. 1 iyul. REPORT.AZ/ Avstriyada prezident seçkilərinin ikinci turunun nəticələri ləğv edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Konstitusiya Məhkəməsi qərar çıxarıb.

Məlumata görə, bu il mayın 22-də keçirilən seçkinin nəticələrinə əsasən, Yaşıllar Partiyasının keçmiş lideri Aleksander Van der Bellen 50,3 faiz səslə qalib gəlib. Onun rəqibi ultrasağçı Norbert Hoffer 49,7 faiz səs toplayıb.

Məhkəmə bildirib ki, səsvermə zamanı çoxsaylı qanun pozuntuları qeydə alınıb. Xəbərə əsasən, 82 halda səsvermənin nəticələri vaxtından qabaq sayılıb. Azadlıq Partiyası seçki zamanı baş verən qanun pozuntusu ilə bağlı təqdim etdiyi 150 səhifəlik şikayətə baxılmasını istəyib.

Ölkənin Daxili İşlər Nazirliyi iyulun 5-də təkrar ikinci tur seçkilərinin tarixinin açıqlanacağını bəyan edib.

Qeyd edək ki, hazırkı dövlət başçısı Haynts Fişerin səlahiyyət müddəti iyulun 8-də başa çatır. Həmin gün Aleksander Van der Bellen prezident kimi and içməli idi. 

Son xəbərlər

Orphus sistemi