Avstriyada koronavirusla bağlı qapanma tətbiq edilir

Avstriyada koronavirusla bağlı qapanma tətbiq edilir Avstriya hökuməti koronavirusla bağlı təhlükəli vəziyyət yaranması ilə bağlı noyabrın 22-dən etibarən tam qapanma rejimi (lokdaun) tətbiq edir.
Digər ölkələr
120
19 Noyabr , 2021 14:17
Avstriyada koronavirusla bağlı qapanma tətbiq edilir

Avstriya hökuməti koronavirusla bağlı təhlükəli vəziyyət yaranması ilə bağlı noyabrın 22-dən etibarən tam qapanma rejimi (lokdaun) tətbiq edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu kansler Aleksander Şallenberq bölgələrin rəhbərləri ilə keçirdiyi müşavirədən sonra mətbuat konfransında bildirib.

Koronavirusa qarşı kütləvi peyvəndləmənin əleyhdarlarına irad bildirən hökumət başçısı daha sonra deyib: “Vəziyyətin ciddiliyinə görə hamımızı və səhiyyə sistemimizi qorumaq üçün məhdudiyyətlərə getməkdən başqa çarəmiz qalmır. Bazar ertəsindən etibarən maksimum 20 günlüyə ölkə üzrə qapanma tətbiq ediləcək və 10 gündən sonra təhlil olunacaq”.

Bununla yanaşı, fevral ayından tətbiq olunacaq koronavirusa qarşı icbari peyvəndləməyə hazırlıqlara başlanıldığı da diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi