Avstriyada son sutkada 20 nəfər COVID-19-dan ölüb.
“Report” xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.
Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı 569 nəfərə çatıb.
Məlumata görə, ölkədə 15 357 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 12 580 nəfəri sağalıb. Hazırda 136 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, aprelin 14-dən etibarən Avstriyada məhdudlaşdırıcı tədbirlərin ləğvi başlanılıb. Belə ki, ölkə rəhbərliyi sahəsi 400 kvadrat metrədək olan kiçik mağazaları, həmçinin inşaat və bağçılıq mağazaları da bura daxildir. Mayın 1-dən başlayaraq qalan bütün mağazalar da açılacaq.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 081 000-i ötüb. Bunların 931 836 nəfəri sağalıb, 212 337 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.