Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq edilib

Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq edilib Avstriya Milli Şurası (parlamentin aşağı palatası) bu ilin fevralından etibarən koronavirusa qarşı peyvəndlərin məcburi qaydada tətbiqi ilə bağlı qanunu səs çoxluğu ilə qəbul edib.
Digər ölkələr
21 Yanvar , 2022 06:09
Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq edilib

Avstriya Milli Şurası (parlamentin aşağı palatası) bu ilin fevralından etibarən koronavirusa qarşı peyvəndlərin məcburi qaydada tətbiqi ilə bağlı qanunu səs çoxluğu ilə qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya televiziyası məlumat yayıb.

Qanun 31 yanvar 2024-cü il tarixinədək qüvvədədir.

Beləliklə, Avstriya Avropa İttifaqında koronavirusa qarşı peyvəndin məcburi olacağı ilk ölkə olacaq.

Qanun layihəsi pandemiyanın iki ili ərzində məcburi peyvəndin mümkünlüyünü qəti şəkildə rədd edən Avstriya Xalq Partiyası və Yaşıllar Partiyasının hakim koalisiyası tərəfindən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi