Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək

Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək Avstriya Federal Şurası (parlamentin yuxarı palatası) 18 yaşdan yuxarı sakinlər üçün məcburi koronavirus peyvəndini tətbiq edən qanunun qəbuluna səs verib.
Digər ölkələr
4 Fevral , 2022 08:06
Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək

Avstriya Federal Şurası (parlamentin yuxarı palatası) 18 yaşdan yuxarı sakinlər üçün məcburi koronavirus peyvəndini tətbiq edən qanunun qəbuluna səs verib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Parlamentarilərin səsverməsi Avstriya hökumətinin bu qanunvericilik təşəbbüsünün müzakirəsindən sonra baş tutub.

Layihənin lehinə 47 deputat, əleyhinə 12 deputat səs verib. Ümumilikdə 61 deputatdan 59-u səs verib.

Qanun respublika prezidenti tərəfindən imzalanmalıdır. O, yalnız federal qanunlar reyestrində dərc edildikdən sonra qüvvəyə minə biləcək.

Son xəbərlər

Orphus sistemi