​Avstriyada keçirilən prezident seçkilərində sağçı-radikal partiyanın namizədi ilk turda qalib gəlib

​Avstriyada keçirilən prezident seçkilərində sağçı-radikal partiyanın namizədi ilk turda qalib gəlib Norbert Hofer 36,6 faiz səs toplayıb.
Digər ölkələr
24 Aprel , 2016 20:24
​Avstriyada keçirilən prezident seçkilərində sağçı-radikal partiyanın namizədi ilk turda qalib gəlib

Bakı. 24 aprel. REPORT.AZ/Avstriyada keçirilən prezident seçkilərində sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer seçkilərin ilk turunda qələbə qazanıb.

"Report" xəbər verir ki, ilkin nəticələrə əsasən o, bütün rəqiblərini qabaqlayaraq, 36,6 faiz səs toplayıb. Sonrakı yerlərdə Yaşıllar Partiyasının sabiq sədri, müstəqil namizəd Aleksandr Van der Bellen (21,1 faiz) və müstəqil namizəd İrmqard Qriss (18,8 faiz) qərarlaşıb.

Avstriyanın iki böyük siyasi təşkilatı sayılan və koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyasının  namizədi Rudolf Hundstorfer 11,3 faiz, Avstriya Xalq Partiyasının namizədi Andreas Kohl isə 11,2 faiz səs toplayıblar.

Son xəbərlər

Orphus sistemi