Avstriyada istefada olan zabit Rusiya kəşfiyyatına işləməkdə ittiham olunur

Avstriyada istefada olan zabit Rusiya kəşfiyyatına işləməkdə ittiham olunur Bakı. 9 noyabr. REPORT.AZ/ Ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb.
Digər ölkələr
9 Noyabr , 2018 12:51
Avstriyada istefada olan zabit Rusiya kəşfiyyatına işləməkdə ittiham olunur

Bakı. 9 noyabr. REPORT.AZ/ Ötən gün Avstriya Hərbi Əks-Kəşfiyyat Xidməti 20 ildir Rusiyaya strateji məlumatlar ötürən 70 yaşlı istefada olan polkovniki saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Müdafiə Nazirliyindən “Kronen Zeitung” qəzetinə məlumat verilib. 

Nəşrin yazdığına görə, 90-ci illərin axırlarından etibarən miqrasiya böhranı, habelə hərbi aviasiya və artileriya sistemləri haqqında Rusiya hərbi kəşfiyyatına məlumatlar ötürən zalsburqlu keçmiş zabit bunun müqabilində 300 min avroya yaxın pul alıb. 

Yazıda qeyd olunub ki, hər iki həftədən bir Rusiya kəşfiyyatının əməkdaşı ilə görüşərək ona məxfi sənədlər çatdıran şübhəliyə qarşı prokurorluq tərəfindən cinayət işi açılıb. 

Avstriyada xarici kəşfiyyatla əməkdaşlıqla bağlı maddəyə görə iki ilədək həbs cəzası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi