Avstriyada iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb

Avstriyada iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb Qəzadan sonra iki vaqon çevrilib
Digər ölkələr
23 Dekabr , 2017 00:17
Avstriyada iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyananın şimalında iki qatar toqquşub.

“Report” xəbər verir ki, ilkin məlumata görə, nəticədə azı 20 nəfər xəsarət alıb.

Qəzadan sonra iki sərnişin vaqonu çevrilib.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Əməliyyata iki vertolyot cəlb olunub.

Son xəbərlər

Orphus sistemi