Yuxarı
    Bağlamaq

    Avstriyada festivalda çadırın uçması nəticəsində 2 nəfər ölüb, 120 nəfər yaralanıb

    Yaralılardan 20 nəfərin vəziyyəti ağırdır

    Bakı. 19 avqust. REPORT.AZ/ Avstriyanın Sankt-Yohan-am-Valde kommunasında keçirilən ənənəvi musiqi və pivə festivalında çadırın uçması nəticəsində 2 nəfər ölüb, 120 nəfər yaralanıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yuxarı Avstriya federal torpağının polis idarəsindən bildiriblər.

    Son məlumatlara görə, yaralılardan 20-sinin vəziyyəti ağırdır. Bütün yaralılar yerli xəstəxanalara çatdırılıb.

    Hadisə həftənin şənbə gününə keçən gecə başlayan qəfil güclü külək səbəbindən baş verib. Təbiət hadisəsi festival məkanını tamamilə uçurub. Olay zamanı festivalda 700 nəfər iştirak edib. İki nəfər çadırın dirəyinin və mebel əşyalarının zərbələrindən sonra vəfat edib.

    Polis artıq ölənlərin şəxsiyyətini müəyyənləşdirə bilib. Onlar 28 yaşlı yerli kişi sakin və Rumıniyadan olan 19 yaşlı tələbə qızdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi