Avstriyada daş uçqunu olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Avstriyada daş uçqunu olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb Yaralananlardan 4-ünü helikopterlə xəstəxanaya çatdırıblar
Digər ölkələr
249
9 İyul , 2020 10:03
Avstriyada daş uçqunu olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Avstriyanın cənub-şərqində baş verən daş uçqunu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ştiriya torpağının Dağ-xilasetmə Federal Xidmətinin rəisi Mixael Miqqiç bildirib.

Hadisə yerinə Dağ-xilasetmə Xidmətinin, Qırımız Xaçın, yerli polis əməkdaşları, yanğınsöndürənlər və üç helikopter cəlb edilib.

Yaralananlardan 4-nü helikopterlə xəstəxanaya çatdırıblar. Qalanlara isə yerində yardım göstərilib.