​Avstriyada bomba xəbərinə görə teatrdan 850 tamaşaçı təxliyə edilib

​Avstriyada bomba xəbərinə görə teatrdan 850 tamaşaçı təxliyə edilib Ziyarətçilər arasında hökumət başçısı da olub
Digər ölkələr
5 Fevral , 2016 07:26
​Avstriyada bomba xəbərinə görə teatrdan 850 tamaşaçı təxliyə edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Avstriyada bomba xəbəri səbəbindən teatrdan 850 nəfər təxliyə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, ziyarətçilər arasında hökumət rəhbəri də olub.

Məlumata görə, xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti itlərlə teatr binasında axtarış aparıblar, lakin heç bir şübhəli əşya aşkar etməyiblər. Bu, Klaqenfurt şəhərində baş verib. Polis binaya bombanın qoyulması xəbərini verən telefon dələduzlarını axtarır.

Qeyd olunur ki, incəsənət həvəskarları Cakomo Puççininin "Madam Batterflyay" operasının premyerasını tərk etmək məcburiyyətində qalıblar.

Son xəbərlər

Orphus sistemi