Avstriyada 150 turist qırılmış kanatdan xilas edilib

Avstriyada 150 turist qırılmış kanatdan xilas edilib Əməliyyat üç saat davam edib
Digər ölkələr
30 Yanvar , 2018 10:18
Avstriyada 150 turist qırılmış kanatdan xilas edilib
AP

Bakı. 30 yanvar. REPORT.AZ/ Avstriya dağlarında fövqəladə hallar xidmətinin əməkdaşları, təqribən 150 turisti qırılmış kanatdan xilas edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Ştiriya bölgəsində istirahət edənlər kanatla yüksəkliyə qalxarkən onun qırılması nəticəsində 7-10 km hündürlükdə kanat kreslolarında qalmalı olublar. Onları helikopterlər vasitəsilə xilas etmək lazım gəlib.

Xilasetmə işlərinə günəşli isti hava şəraiti (6° C temperatur) də imkan verib. Turistlərin heç birini don vurmayıb.

Əməliyyat üç saat davam edib.

Son xəbərlər

Orphus sistemi