Yuxarı
    Bağlamaq

    Avstriya Rahat Əliyevin təkrar yarılmasını həyata keçirmək niyyətindədir

    Təkrar yarılma onun ölümün əsl səbəblərinin istintaqdan gizlədilməsi cəhdləri haqqında şübhələri aradan qaldırmaq üçün lazımdır

    Bakı. 02 mart. REPORT.AZ/ Avstriya fevralın 24-də həbsxanada asılmış vəziyyətdə tapılan Rahat Əliyevin meyitinin təkrar yarmasını həyata keçirmək üçün İsveçrəyə müraciət edib. Bu barədə "Report" "Kazakhstan Today"ə istinadən xəbər verir.

    Xatırladaq ki, R.Əliyevin əvvəlki yarılması zamanı sedativ preparatların izləri aşkar olunub, bu da  onun ölümündə üçüncü şəxslərin olmasına dair  vəkillərin şübhələrini artırıb. 

    Avstriya rəsmilərinin fikrincə, Qazaxıstanın Avstriyadakı sabiq səfiri R.Əliyev intihar edib. Təkrar yarılma onun ölümünün əsl səbəblərini istintaqdan gizlədilməsi cəhdləri haqqında şübhələri aradan qaldırmaq üçün lazımdır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi