Avstriya parlamentinin binası yaxınlığında polisə hücum edilib

Avstriya parlamentinin binası yaxınlığında polisə hücum edilib Bakı. 13 mart. REPORT.AZ/ Vyana polisi Avstriya parlamentinin Heldenplats meydanında yerləşən müvəqqəti binasının yaxınlığında patrul çəkən polis əməkdaşına hücum edən şəxsi saxlayıb.
Digər ölkələr
13 Mart , 2018 15:28
Avstriya parlamentinin binası yaxınlığında polisə hücum edilib

Bakı. 13 mart. REPORT.AZ/ Vyana polisi Avstriya parlamentinin Heldenplats meydanında yerləşən müvəqqəti binasının yaxınlığında patrul çəkən polis əməkdaşına hücum edən şəxsi saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Vyana polisinin məlumatında 26 yaşlı şübhəli şəxsin avtomobildə oturan polis məmuru ilə söhbət etdiyi və qəfildən onun yaxasından yapışaraq maşından çıxarmağa çalışdığı bildirilib.

Polis özünü qorumaq üçün bibər qazından istifadə edib, nəticədə hücum edən şəxsə yüngül xəsarət yetirilib. Bundan sonra o saxlanılıb. Hücuma məruz qalan polis xəsarət almayıb.

Hazırda saxlanılan şəxs dindirilir.

Öz növbəsində, "Kurier" qəzeti ictimai təhlükəsizlik xidmətinin rəisi Mixail Kardaysa istinadən hücum edən şəxsin Əfqanıstan vətəndaşı olduğunu yazıb.

Orphus sistemi