Avropa İttifaqı daxilində koronavirusa qarşı vaksin bərabər paylanmadığı üçün bəzi ölkələr əczaçılıq şirkətləri ilə tədarük üzrə gizli şəkildə müqavilə imzalayırlar.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avstriyanın kansleri Sebastyan Kurs bildirib.
Onun sözlərinə görə, dövlət və hökumət başçılarının qərarları imzalanan belə müqavilərlə ziddiyyət təşkil edir. Hökumət başçısı deyib ki, belə razılaşmalardan xəbərsizdir: "Ancaq üzv ölkələrlə əczaçılıq şirkətləri arasında “satış” adlanan əlavə sövdələşmələrin aparılacağına dair göstərişlər var”.
Kansler vurğulayıb ki, vaksinin Avropa İttifaqında qeyri-bərabər paylanması strategiyası, məsələn, Bolqarıstan və Latviyada lazım olan dozanın çatışmazlığına səbəb olar.