Prezident Volodimir Zelenski Avstriya kansleri Karl Nehammer ilə söhbət etdiyini və onunla tezliklə Ukraynaya səfərlə bağlı razılığa gəldiyini bildirib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, Zelenski bu barədə brifinqdə açıqlama verib.
"Biz onun yaxın gələcəkdə Ukraynaya səfəri ilə bağlı razılığa gəldik", - dövlət başçısı bildirib.
Zelenski həmçinin bildirib ki, Avropa liderləri, o cümlədən Karl Nehammerlə Rusiya ordusunun Ukraynadakı cinayətlərini, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edib.