Avstriya Kansleri: “Rusiyaya casusluq etmiş keçmiş hərbçinin günahı sübut olunacaq”

Avstriya Kansleri: “Rusiyaya casusluq etmiş keçmiş hərbçinin günahı sübut olunacaq” Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya ordusunun zabitinin günahı istintaq nəticəsində sübut olunacaq.
Digər ölkələr
14 Noyabr , 2018 20:09
Avstriya Kansleri: “Rusiyaya casusluq etmiş keçmiş hərbçinin günahı sübut olunacaq”
Sebastyan Kurs

Bakı. 14 noyabr. REPORT.AZ/ "Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya ordusunun zabitinin günahı istintaq nəticəsində sübut olunacaq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avstriya Kansleri Kurt Sebastyan bildirib.

“Məndə olan məlumata görə, bu işlə bağlı hökm oxunacaq. Rusiya ilə danışıqlar tərəfdarı olsaq da, ölkəmizin ərazisində casusluğu qəbul edə bilmərik”, - o vurğulayıb.

Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin 70 yaşlı keçmiş polkovniki ölkə ərazisində Rusiyanın xeyrinə casusluq edərkən tutulub. Bildirilib ki, o, 20 ildir Rusiyanın xeyrinə casusluq edirmiş. 1990-cı illərin sonunda keçmiş hərbçi Rusiyanın hərbi kəşfiyyatına Avstriyanın hərbi aviasiya, miqrasiya böhranı və artilleriya sistemlər barədə informasiyaya ötürürmüş. O, bu xidməti qarşısında Rusiyadan 300 min avro “qonorar” alıb. Əgər günahları təsdiqlənərsə, keçmiş hərbçi 2 il azadlıqdan məhrum ediləcək. 

Son xəbərlər

Orphus sistemi