Yuxarı

Avstriya parlamenti İslam qanununa ziddiyyətli dəyişiklik edib

Məsçidlərin və imamların xaricdən maliyyələşdirilməsi qadağan edilib

Bakı. 26 Fevral. REPORT.AZ/ Avstriya parlamenti ölkənin İslama dair 1912-ci il tarixli qanunun islah olunmasına dair ziddiyyətli qərar qəbul edib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, məsçidlərin və imamların xaricdən maliyyələşdirilməsi qadağan edilib.

Avstriyanın inteqrasiya naziri Sebastian Kurz islahatları dəstəkləsə də, ölkənin müsəlman liderləri ayrı-seçkili münasibətdən şikayət edirlər.

Müsəlmanlar bildirirlər ki, xristiyan və yəhudi dinlərinin xaricdən maliyyələşməsinə icazə verildiyi halda islamın bundan məhrum edilməsi ədalətsizlikdir.

1912-ci ildə qəbul edilən qanun İslamı Avstriyada rəsmi dinlərindən biri elan etmişdi. Bu qanun Avropanın digər ölkələri üçün model olaraq qəbul olunurdu.

Hazırda Avstriyada təxminən yarım milyon müsəlman yaşayır ki, bu da ölkə əhalisinin 6 faizini təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi