Avstraliyanın xarici işlər naziri: İŞİD kimyəvi silah əldə etməyə can atır

Avstraliyanın xarici işlər naziri: İŞİD kimyəvi silah əldə etməyə can atır "İŞİD kimi ekstremist qruplaşmalar qlobal təhlükəsizliyə ən ciddi təhdiddir"
Digər ölkələr
6 İyun , 2015 20:47
Avstraliyanın xarici işlər naziri: İŞİD kimyəvi silah əldə etməyə can atır

Bakı. 6 İyun. REPORT.AZ/ Suriya və İraq ərazisində fəaliyyət göstərən İŞİD terrorçu qruplaşması kimyəvi silah əldə etməyə can atır. "Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib.

Nazirin sözlərinə görə, qruplaşma bu məqsədlə “Qərb dövlətləri də daxil olmaqla bütün ölkələrdən təcrübəli alim və mütəxəssisləri öz sıralarına çəkmək istəyir”. Onlar artıq İraq ərazisində hücum əməliyyatları keçirərkən xlordan istifadə ediblər.

Bişop hesab edir ki, İŞİD kimi ekstremist qruplaşmalar qlobal təhlükəsizliyə ən ciddi təhdiddir.

Son xəbərlər

Orphus sistemi