Avstraliyanın şərq sahillərinə güclü yağış yağıb

Avstraliyanın şərq sahillərinə güclü yağış yağıb Avstraliyanın şərq sahillərindəki Kvinslend ştatına güclü leysan yağışları yağıb və bu, daşqınlara səbəb olub.
Digər ölkələr
18 Yanvar , 2020 10:48
Avstraliyanın şərq sahillərinə güclü yağış yağıb

Avstraliyanın şərq sahillərindəki Kvinslend ştatına güclü leysan yağışları yağıb və bu, daşqınlara səbəb olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəticədə bir çox yol bağlanıb, ştatın cənub-şərqindəki şəhərlərdə parklar bağlanıb, nəqliyyatda ciddi fasilələr yaranıb, insanlar su altında qalan yollarda qayıqlarla hərəkət etməyə məcbur olublar.

Kvinslend meteorologiya xidməti bildirib ki, leysan yağışları dayanır, ancaq bazar günü güclü yağış yağacağı təhlükəsi yenə var.

Eyni zamanda qonşu Yeni Cənubi Uels və Viktoriya ştatlarında meşə yanğınları davam edir. Oradakı insanların əksəriyyəti elektrik enerjisinə həsrətdir, evakuasiya olunan sakinlər isə evlərinin dağılıb-dağılmadıqlarını bilmirlər.

Son xəbərlər

Orphus sistemi