“Fransadan üzr istəməyə ehtiyac yoxdur”.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Skott Morisson deyib.
Onun sözlərinə görə, artıq iddialar səsləndi və rədd edildi: “Bundan sonra önəmli olan yola davam etməkdir”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bir müddət əvvəl dənizaltı razılaşmasının pozulması ilə bağlı Avstraliyanı ittiham etmişdi.