Avstraliyanın aparıcı aviaşirkəti sərnişinlərə pulsuz internet təklif edəcək

Avstraliyanın aparıcı aviaşirkəti sərnişinlərə pulsuz internet təklif edəcək “Qantas” sərnişinlərə Avstraliya daxilində pulsuz internet xidmətini 2017-ci ilin birinci yarısında başlamağı planlaşdırır
Digər ölkələr
25 Fevral , 2016 03:05
Avstraliyanın aparıcı aviaşirkəti sərnişinlərə pulsuz internet təklif edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Avstraliyanın aparıcı “Qantas” aviaşirkəti ölkənin bütün ərazisində öz sərnişinlərinə uçuş vaxtı pulsuz internet xidməti təklif edən ilk aviadaşıyıcı olacaq. Bu barədə şirkətin icraçı direktoru Allan Coys məlumat verib.

“Qantas” şirkəti müştərilərinə bu xidməti ABŞ-ın “ViaSat” şirkəti ilə əldə etdiyi razılaşmaya əsasən göstərəcək. “Qantas” ABŞ şirkətinin Avstraliya ərazisində tətbiq etdiyi milli genişxətli internet (NBN) şəbəkəsindən istifadə edəcək. Güman edilir ki, havada interməlumatların yüklənməsi saniyədə 25 meqabit sürətlə həyata keçiriləcək.

Avstraliyada işləyən dünyanın “Singapore Airlines”, “Emirates” və “Ettihad” kimi tanınmış aviadaşıyıcıları hələ iki il bundan əvvəl öz müştərilərinə internet xidməti təklif etsələr də, bu, yaşıl kontinentin heç də bütün ərazisini əhatə etmir. Eyni zamanda, bu xidmət yalnız birinci və biznes sinfə aid olan sərnişinlərə pulsuz göstərilir. Qənaət sinfinin sərnişinləri isə bu xidmətdən iki saat istifadə üçün 10-12 ABŞ dolları ödəyirlər.

“Qantas” sərnişinlərə Avstraliya daxilində pulsuz internet xidmətini 2017-ci ilin birinci yarısında, beynəlxalq xətlərdə isə cari ilin sonlarında göstərməyə başlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi